Neft Fondu indiyədək 18 min 356 kiloqram qızıl alıb
Tarix: 16.04.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Dövlət Neft Fondunun cari ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 milyard 523 milyon manat, büdcə xərcləri isə 2 milyard 929 milyon manat təşkil edib. Neft Fondunun mətbuat xidmətindən bildiriblər ki, ilin I rübü ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 413 milyon manat, həmçinin mənfəət neftinin və qazın satışından 3 milyard 410 milyon manat, tranzit gəlirləri 2,1 milyon manat, bonus ödənişləri 0,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 milyon manat təşkil edib.

Yanvar-mart ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 milyard 840 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 milyon manat vəsait ayrılıb. “Bakı-Tbilisi-Qars yeni dəmiryolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 1,1 milyon manat vəsait ayrılıb. Fonddan 3,8 milyon manat vəsait isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2013-cü ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 milyon manat təşkil edib.
Aprelin ayının 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 0,6 faiz artaraq 34 milyard 325 milyon ABŞ dollarına bərabər olub. Ötən ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və cari ilin aprel ayının 1-dək fond tərəfindən alınmış qızılın miqdarı 18 min 356 kiloqram təşkil edib.

ANAR




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info