Türkiyə səfiri BMAM rəhbərliyilə görüşüb
Tarix: 30.03.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov və Mərkəzin rəhbər heyəti bu gün Türkiyənin Azərbaycandakı səfirliyində cənab səfir Erkan Özoralı ilə görüşüb. Görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparılıb. 
BMAM sədri Rufiz Qonaqov öncə görüş üçün səfir Erkan Özorala təşəkkürünü bildirib. İki ölkə arasındakı münasibətlərə toxunan Rufiz Qonaqov qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin institutları daim Türkiyədəki ictimai-siyasi proseslərə həssas yanaşıb, qardaş ölkənin kədər və sevincinə şərik olublar. 
"Kənar müdaxilə və təzyiqlərə baxmayaraq, Türkiyə və Azərbaycan dövlətləri prezident Rəcəb Tayyib Ərdoğan və prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləniblər. Hər iki ölkənin rəhbərliyi bütün sahələrdə, o cümlədən, beynəlxalq arenada bir-birini tam dəstəkləyir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan qarşıdakı illərdə daha da güclənəcəklər. Aprelin 16-da Türkiyədə keçiriləcək referendum qardaş ölkənin dünyadakı mövqeyini, gücünü daha da artıracaq", -deyə Rufiz Qonaqov bildirib. 
Rufiz Qonaqov onu da qeyd edib ki, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: "Azərbaycanın vətəndaş cəmiyyəti daim Türkiyə dövlətinin yanında olub, bu mövqe bundan sonra da davam edəcək".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın yanında olub: "Bir çox sahələrdə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Sizinlə görüşməkdən çox şadam. Təkliflərinizi müzakirə etməyə hazırıq".
Səfir Azərbaycan xalqına hər cür dəstəyə görə öz təşəkkürünü bildirib. Görüşdə eyni zamanda BMAM sədrinin müşavirləri Nazim Süleymanov, Eldar Orucov, Cəbrayıl Fərzəliyev, Novruz Dadaşov, mətbuat xidmətinin rəhbəri Ruslan Xəlilov və Mərkəzin digər məsul şəxsləri iştirak ediblər.   

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info