“Azexport”un təcrübəsi öyrənilir
Tarix: 30.03.2017 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dünya Kiçik və Orta Sahibkarlar Forumunun (World SME Forum) nümayəndələrinin “Azexport”un təcrübəsini öyrənmək üçün İİTKM-də fəaliyyət göstərməsi barədə razılığa gəlib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu barədə razılıq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının Dünya Kiçik və Orta Sahibkarlar Forumunun icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə olunub. Görüşdə World SME Forumun icraçı direktoru İİTKM ilə əməkdaşlığa dair öz təkliflərini təqdim edib, həmçinin Azexport portalının təcrübəsinin öyrənilməsi üçün müzakirələr aparılıb.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə məlumat verib. O əlavə edib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq.
Dünya Kiçik və Orta Sahibkarlar Forumunun icraçı direktoru Tunc Uyanık qeyd edib ki, belə bir rəqəmsal qovşağın yaradılması Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək. Forumun rəhbəri Rəqəmsal Ticarət Qovşağını və “Azexport” portalını dünya sahibkarları üçün unikal resurs kimi qiymətləndirdi.
Sonda hər iki qurum Forumun nümayəndələrinin Azexportun təcrübəsini öyrənmək üçün İİTKM-də fəaliyyət göstərməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti daha öncə də İİTKM-də portalla bağlı müzakirələr aparmışdı. Həmin vaxt portalın funksionallığı, logistik şirkətlər, ödəniş sistemləri barədə ətraflı məlumat verilmişdi.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info