İrandan Azərbaycana təyyarə və avtobus reyslərinin sayı artıb
Tarix: 30.03.2017 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


İranda Azərbaycanın turizm imkanları geniş şəkildə təbliğ olunur.Azərbaycanın İrandakı səfirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin ölkənin turizm imkanlarının təşviq olunmasına dair Sərəncam və tapşırıqlarına uyğun olaraq İranda Azərbaycanın təbliği və turizm potensialının tanıdılması istiqamətində tədbirlər həyata keçirilir.
İran kütləvi informasiya vasitələrində “Azərbaycanın və Bakı şəhərinin turizm sahəsindəki cazibəsini tanıyaq” adlı məlumatlar dərc edilib. Materiallarda Bakının Şərq ilə Qərbin qovşağında yerləşdiyi, müasir infrastrukturun inşa edildiyi, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev adına Hava Limanı və yeni istifadəyə verilmiş mehmanxanalar barədə məlumatlar yer alıb. Yeni tikililər ilə yanaşı "İçəri Şəhər" və digər tarixi, mədəni, dini abidələr təbliğ olunub, yeni inşa edilmiş alış-veriş mərkəzləri barədə məlumat verilib. İranın qabaqcıl turizm şirkətlərinin dəstəyi ilə Azərbaycan haqqında tanıtım video-çarxları hazırlanaraq müxtəlif televiziya kanllarında yayılıb.
"Eligəşt” və “Aysanpərvaz” turizm şirkətləri tərəfindən fars dilində “Odlar diyarı- Azərbaycan” adlı jurnallar nəşr olunub. Jurnallarda paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib. Azərbaycanın gəzməli-görməli yerləri, mətbəximiz və milli adət-ənənələrimiz haqqında geniş məlumat verilib. Nəşrlərdə, həmçinin Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında oxuculara geniş məlumat verilib. Eyni zamanda həmin nəşrlərdə Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, təbiəti və coğrafi mövqeyi ilə turistlər üçün cəlbedici olduğu diqqətə çatdırılıb. Bakıdakı mehmanxanalar, Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı Dəmir Yolu Vağzalı barədə də məlumatlar öz əksini tapıb. Həmçinin jurnallarda Azərbaycanda Novruz bayramı və ilaxır çərşənbənin xüsusi qeyd edilməsi barədə də maraqlı yazılar yerləşdirilib. Bundan başqa, nəşrlərdə Azərbaycanda beynəlxalq idman yarışlarının keçirildiyi də vurğulanıb. Formula-1 Avropa Qran prisi və 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı məlumat dərc edilib. Həmçinin Bakıda turistlərin ən çox maraq göstərdikləri “Alov qüllələri”, Nizami Gəncəvi və Xalça muzeyləri, Şirvanşahlar sarayı, Atəşgah və digər tarixi-mədəni abidələr haqqında ətraflı məlumat verilib.
Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq, 2016-cı ilin yay aylarından başlayaraq İrandan Azərbaycana turist axını dəfələrlə artıb. Bakı-Tehran-Bakı istiqamətində həftədə 10 sabit reys həyata keçirən AZAL ilə yanaşı İran avia şirkətləri də çarter reysləri həyata keçirməyə başlayıb. Bundan əlavə İranın "ATA Airlines" şirkəti həftədə 5 dəfə Tehran-Bakı-Tehran, həftədə 2 dəfə Təbriz-Bakı-Təbriz, Məşhəd-Bakı-Məşhəd, həftədə 1 dəfə isə Şiraz-Bakı-Şiraz istiqamətində uçuşlar həyata keçirib. İranın müxtəlif şəhərlərindən ölkəmizə həyata keçirilən gündəlik avtobus reyslərinin sayı da artıb. 2016-cı ilin dekabr ayından isə İranın "Mahan Air" aviaşirkəti Tehran-Bakı-Tehran istiqaməti üzrə həftədə 2 dəfə uçuşlara başlayıb.
Təbiidir ki, İran vətəndaşları arasında ölkəmizə səfərlərə marağın artması İrandakı diplomatik nümayəndəliklərimiz tərəfindən rəsmiləşdirilən vizaların sayının dəfələrlə artmasını da şərtləndirib. Ölkəmizin turizm imkanları turistlər üçün cəlbedici olsa da, İrandan Azərbaycana turist axını hələ ki, mövsümi xarakter daşıyır. Bu sahədə mövsümiliyin aradan qaldırılması turizm obyektlərinin il boyu daha mütənasib yüklənməsinə, Azərbaycanın qış və səhiyyə turizminin potensialının daha dolğun gerçəkləşməsinə və inkişafına xidmət edə bilər. Bütün bunlar Azərbaycanın turizm infrastrukturu və xidmətlərinin qonşu ölkələrdə, xüsusilə İranda ardıcıl və məqsədyönlü təbliğini, regionlarda yeni turizm məhsullarının yaradılmasını, habelə cəzbedici və rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info