Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları
Tarix: 30.03.2017 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tarixə qısa nəzər salaraq xalqımıza qarşı bolşevik-daşnak birləşmələrinin 1918-ci ildə törətdikləri cinayətləri haqlı olaraq ümummilli lider Heydər Əliyevin soyqırımı kimi qiymətləndirdiyini və hadisələrə layiqli hüquqi qiymət verdiyini söyləyib.
G.Babaxanlı böyük şairimiz Hüseyn Cavidin həmin dövrdə Bakıda yaşadığı faciəli və üzüntülü günlərdən də bəhs edib. Qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi vəhşiliklər zamanı ölüm təhlükəsi ilə üzləşənlərdən biri də məhz dahi dramaturqumuz Hüseyn Cavid olub. Qaniçən erməni cəlladları Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər soydaşlarımızı oradan silah gücünə çıxarıblar. Mehmanxanadan çıxarılan 70 nəfərdən 60-ı yoldaca qətlə yetirilib, yalnız on nəfər sağ qalıb. Hüseyn Cavid də təsadüf nəticəsində ölümün pəncəsindən qurtulan on nəfərdən biri olub. Bolşeviklər “Açıq söz” qəzetinin mətbəəsini atəşə tutduqları zaman H.Cavid ağlayaraq bu sözləri deyib: “Basılmış əsərlərimdən yalnız 25 danəsi və hər birindən 100-ə yaqın kitabçılar aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saata mətbəədə yandı”.
Qüdrətli dramaturq şah əsərlərindən biri olan “İblis” faciəsini məhz bu acı təsirlər altında yazıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info