“Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək”
Tarix: 30.03.2017 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsidir.
Bunu İsrailin müdafiə naziri, keçmiş xarici işlər naziri Aviqdor Liberman Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub: “Ölkələrimiz arasında münasibətlərin qurulmasında iştirak etdiyim üçün qürur duyuram. Mən buraya səfərlərim zamanı özümü hər zaman evdəki kimi hiss etmişəm. Mən burada bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə Prezidenti İlham Əliyevlə görüşmüşəm. Bu görüşlər bizə yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika və bir çox digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə imkan verib”.
İsrailli nazir qeyd edib ki, Azərbaycanda yaşayan yəhudi icması özünü həmişə təhlükəsizlikdə hiss edib: “Bu icma, eləcə də İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında körpü rolunu oynamaqda davam edir”.
A.Liberman ümid etdiyini bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə də inkişaf edəcək. O, bu sahədə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının səylərini də vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info