“Azərbaycanın paytaxtı tanınmaz dərəcədə dəyişib”
Tarix: 16.04.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində bu ali məktəbin tələbə və müəllimlərinin Çexiya Respublikası parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşü olub. BSU-nun rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdullayev qonaqlara bu ali məktəbin fəaliyyəti və strukturu barədə məlumat verib. Qeyd edilib ki, 50-dən çox bakalavr və magistrantın təhsil aldığı filologiya fakültəsinin çex dili və ədəbiyyatı bölməsində dörd müəllim çex dilindən dərs deyir.
Universitetdə həmçinin Çex dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Rektor ümidvar olduğunu bildirib ki, Çexiya nümayəndə heyətinin Bakıya bu səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə kömək edəcək.
Çexiya nümayəndə heyətinin rəhbəri Yan Xamaçek deyib ki, iki ölkə arasında iqtisadi və mədəni əlaqələr uğurla inkişaf edir. BSU-da çex dilini öyrənən tələbələr gələcəkdə bu əlaqələrin genişlənməsində mühüm rol oynayacaqlar.
Qonaq qeyd edib ki, bu onun Bakıya ikinci səfəridir. Y.Xamaçek ölkəmizdə ilk dəfə 2008-ci ildə olduğunu xatırlayaraq vurğulayıb ki, o vaxtdan Azərbaycanın paytaxtı tanınmaz dərəcədə dəyişib. Sürətli iqtisadi artım və ardıcıl inkişaf göz qabağındadır.
Qonaqlar Çex dili və mədəniyyəti Mərkəzində də olublar. Mərkəzin direktoru R.Şəfiyeva qurumun fəaliyyəti barədə qonaqlara məlumat verib. Böyük Azərbaycan şairi Hüseyn Cavidin “Şeyda” pyesinin Çex dili və mədəniyyəti Mərkəzinin əməkdaşları tərəfindən çex dilinə tərcüməsi Çexiya nümayəndə heyətinin rəhbəri Yan Xamaçekə təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info