Britaniya Aİ-yə milyardlarla avro ödəmək niyyətində deyil
Tarix: 31.03.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmasına görə bu quruma kompensasiya üçün iri pul vəsaiti ödəməyəcək. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın ölkənin Aİ-dən çıxması məsələləri üzrə naziri Devid Devis ITV telekanalında Londonun Brüsselə 50 milyard avro ödəyəcəyi barədə yerli KİV-lərdə dərc olunan informasiyaları şərh edərkən bildirib. “Əslində bizə Avropa Komissiyası tərəfindən belə bir tələb irəli sürülməyib, - deyə Devis bildirib. – Bu barədə mövqeyimiz çox sadədir: biz qanunsevən ölkə olduğumuz üçün bütün öhdəliklərimizi yerinə yetirəcəyik. Lakin bizim tərəfimizdən hər hansı iri pul vəsaitinin ödənilməsi gözlənilmir”. Bir qədər əvvəl Britaniya KİV-lərində dərc olunan məlumatlara əsasən, Avropa İttifaqının “brexit” üzrə əsas vasitəçisi Mişel Barnyö hazırda Böyük Britaniyanın həyata keçirmədiyi öhdəliklər üzrə 50 milyard avrodan 60 milyard avroya qədər təzminat ödəməsini London və Brüssel arasında sövdələşməyə daxil etmək üçün işlər aparır. Burada söhbət əsasən Aİ ölkələrində yaşayan britaniyalılara pensiya verilməsi, kreditlər üzrə zəmanətin təqdim olunması və digər ehtiyacların ödənilməsindən gedir. Bu məbləğin dəqiq müəyyən edilməsi Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında danışıqların əsas mövzusu olacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info