Avropa Tramp-Putin pərdəarxası razılaşmasından ehtiyatlanır
Tarix: 31.03.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


NATO-ya üzvü olan ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə toplanır
Bu gün Brüsseldə NATO-ya üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısı olacaq. İclasda mayın 25-də keçiriləcək NATO sammitinin gündəliyi müzakirə ediləcək. Məlumatlara görə, bir gün əvvəl dövlət katibi Reks Tillersonun nazirlərlə keçirdiyi görüşdə Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq edilən qadağalar da müzakirə edib. Ekspertlərin fikrincə, ABŞ NATO qarşısındakı öhdəliklərini nümayiş etdirərək Rusiyaya qarşı münasibətini dəyişməyəcək. Xatırladaq ki, bir müddət bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın mayda keçiriləcək sammitinin tam miqyaslı görüş, deyil, qısamüddətli işgüzar görüş. olacağı barədə məlumat vermişdi. NATO-nun may sammitində ABŞ prezidenti Donald Trampın alyansın yeni qərargahına səfəri də nəzərdə tutulur. Brüsseldə NATO-ya üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısının aprelin 5-də keçirilməsi planlaşdırılırdı. Amma Tillersonun rəsmi görüşlərinin çoxluğuna görə toplantı martın 31-nə təyin edildi. Dünən Ankarada olan Tillerson bu gün Brüsseldə keçiriləcək iclasa qatılacaq. Dövlət Departamentindəb bildiriblər ki, şefləri bu gün Brüsseldə Ukrayna məsələsini və Minsk öhdəliklərinin yerinə yetirilıməsini müzakirə edəcək. Ukraynaya ABŞ silahlarının satılması ilə bağlı məsələnin müzakirə ediləcəyi ilə bağlı məlumat yoxdur. Bu məsələlərə münasibət bildirən Avropa Təhlükəsizlik İnstitutunun şöbə müdiri Dmitri Danilov deyib ki, Dövlət Departamentinin Rusiyaya təzyiqlə bağlı təklifində siyasi-diplomatik balans axtarmaq lazımdır. Şöbə müdiri hesab edir ki, tibbi sığorta ilə bağlı keçirilən səsvermənin nəticələri Trampa mesajdır: “Konqres bununla göstərdi ki, Trampın manevr imkanları faktiki olaraq mövcud deyil və dəstək almaq üçün Konqresə bunun “əvəzini ödəmələdir”. Ekspert bildirib ki, Tillerson avropalı həmkarlarını ABŞ-ın verəcəyi təminatlara inandırmalıdır: “O, avropalıları ABŞ-ın hələ də qitənin təhlükəsizliyinin təminatçısı olaraq qaldığına və Trampın Putinlə hər hansı bir pərdəarxası razılaşmaya getməyəcəyinə inandırmalıdır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info