Andre Rişar: “Azərbaycan Fransa üçün strateji ölkədir”
Tarix: 31.03.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Fransanın yeni prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirməlidir”
Fransada prezidentliyə namizədlərin beynəlxalq mövzularla bağlı mövqelərini işıqlandıran “Trombinoscope” jurnalında senator Andre Rişarın “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli: yeni seçiləcək fransız prezidentin prioriteti” adlı məqaləsi dərc olunub. Məqalədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) senatordan Fransa ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı fikrini bildirməyi xahiş etdiyi diqqətə çatdırılır. Senator bu gün beynəlxalq mövzular məsələsinin Fransanın gələcəyi, onun dünyada mövqeyi və kollektiv təhlükəsizlik üçün vacib olmasına baxmayaraq bu haqda az danışıldığını qeyd edir. O, Azərbaycanda hökm sürən dini tolerantlıqdan, bu ölkənin 1918-ci ildən dünyəvi olmasından bəhs edir. Bildirir ki, Azərbaycan Fransa üçün strateji ölkədir. Senator, həmçinin TANAP və TAP layihələrinin əhəmiyyətini qeyd edir. Məqalədə Cənubi Qafqaz regionunda Azərbaycanın iqtisadi baxımdan ən çox inkişaf etməsindən və fransız şirkətləri ilə əməkdaşlığından söhbət açılır. Senator qeyd edir ki, Fransanın yeni seçiləcək prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə xüsusi diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının, digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğu, 25 ildir bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı diqqətə çatdırılır. Qeyd edilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişə ilə bağlı obyektiv mövqe tutmalıdır və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmalıdır. Münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin mümkünlüyündən danışan fransalı senator azərbaycanlı və erməni həmkarları ilə görüşməyə və münaqişənin həlli üçün danışıqların irəliləməsinə yardım göstərməyə hazır olduğunu bildirir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info