Bakıda Frankofoniya həftələri
Tarix: 31.03.2017 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Bakıda 1-22 aprel tarixlərində təşkil olunacaq Frankofoniya həftələri ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Belçika, Fransa, Yunanıstan, Latviya, Macarıstan, Misir, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları iştirak ediblər. Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez bildirib ki, tədbirdə Frankofoniya təşkilatına üzv olan və müşahidəçi statusuna malik ölkələr iştirak edir: ”Bu təşkilat 84-ə yaxın dövləti üzv və ya müşahidəçi qismində özündə birləşdirir. Müxtəlif ölkələr bu günlər çərçivəsində müxtəlif tədbirlər keçirəcək. Tədbirlərin koordinasiyasını Azərbaycan Fransız İnstitutu həyata keçirəcək. Dünyada fransız dilində danışanlar günbəgün artır. Hazırda Azərbaycanda 40 minə yaxın şagird fransız dilini öyrənir”. Diplomat Frankofoniya həftələri çərçivəsində keçiriləcək tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra digər səfirlər və diplomatlar Frankofoniya həftələri çərçivəsində təşkil edəcəkləri tədbirlər və ölkələrinin iştirakı barədə danışıblar.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info