Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib
Tarix: 31.03.2017 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Tərtər rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu rayonda inşa etdirilmiş 5 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Fərdi yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, evlərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, Tərtər rayon İH-nin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncamın icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildə 82 ədədi fərdi yaşayış evi olan 281 ədəd, 2016-cı ildə 170 ədədi fərdi yaşayış evi olan 288 ədəd, ümumilikdə isə 2015-2016-cı illərdə 570 ədədə yaxın mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davamı kimi, 2015-2016-cı illərdə bu rayonda yeni çoxmənzilli yaşayış evi və fərdi yaşayış evləri istifadəyə verilməklə 60 nəfərədək bu təbəqələrdən olan insan mənzillə təmin olunub. Hazırda isə rayonda daha 5 fərdi yaşayış evi müvafiq şəxslərin istifadəsinə verilir. Qarşıdakı dövrdə də bu sahədə işlər davam etdiriləcəkdir. Tədbirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə əhatə olunduqları, onlara yönələn sosial müdafiə tədbirlərinin ildən-ilə gücləndirildiyi vurğulanıb. Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri əhalinin sosial təminatının gücləndirilməsi, sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması sahəsində Azərbaycanda aparılan dövlət siyasətindən razılıq hissi ilə bəhs ediblər. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının artırılması, yaşayış şəraitlərinin yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlərə və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Sonra müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı fərdi yaşayış evlərinə baxış olub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info