“Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir keçirilib
Tarix: 31.03.2017 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 31 Mart Soyqırımı gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir keçirilib. Öncə tədbir iştirakçıları kollecin foyesində tələbələrin 31 Mart Soyqırımı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir dövlət himnimizin ifası və faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə qonaqlardan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz digər qonaqlar məruzəçi qismində iştirak ediblər. Kollecin direktoru h.ü.f.d Qulu Novruzov çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyib. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib. 1918-ci il 31 mart soyqırımından bəhs edən Qulu Novruzov ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində qeyd etdi. Direktor vurğuladı ki, Hər il Azərbaycan xalqı 31 mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır. Tədbirdə qonaqlardan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək 31 Mart Soyqrımının Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılması əhəmiyyətinin vacibliyini vurğulayıb. Qonaqlardan BDU-nun dosenti Boran Əziz məruzə edərək, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və Soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğulayıb. Gəncliyimizin bu məlumatları dərindən dərk edərək mənimsəməsi və gələcəkdə öz tədqiqatlarında üzə çıxarmasının vacibliyini qeyd edib. Tədbirdə Həmçinin kollecin Humanitar fənn birləşməsinin müəllimi Nadiri Hümeyrənin “1918-1920-ci illərə baxış” və tarix müəllimləri Gülnarə Sadıqova və Elnarə Əmirovanın “31 Mart Soyqrımının dünya ictimaiyyətinə çatdırılması yönümündə dövlətimizin rolu” mövzusunda məruzələri dinlənildi. Tədbirdə kollecin tələbələrinin hazırladıqları soyqrımına həsr olunmuş səhnəcik nümayiş etdirilib. Tələbələrin ifasında hazırlanan bədii kompozisiyalar qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonda tədbir “Anaların fəryadı” adlı rəqs-kompozisiya ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info