Ağstafa-Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları yenidən qurulur
Tarix: 31.03.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


İqtisadi inkişafın başlıca şərtlərindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt ölkədə yol-nəqliyyat kompleksinin yeniləşməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Elə buna görədir ki, ölkənin hansı səmtinə üz tutsaq rahat və abad yollar hər kəsi mənzil başınadək müşayiət edəcək.
Son illərdə bu sahədə görülən işlər, xüsusilə magistral avtomobil yollarının yenidən qurulması Ağstafa rayonunun da tranzit imkanlarını xeyli artırıb. Rayonda magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, uzunluğu 7,5 kilometr olan Poylu-Xətai-Yenigün-Aşağı Göycəli, rayon mərkəzini Ağstafaçay çayının sol sahili, 8 yaşayış məntəqəsi və Qazax rayonu ilə birləşdirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yolları və 60 kilometr uzunluğunda Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu yenidən qurularaq əhalinin istifadəsinə verilib. Eləcə də Ağstafa şəhərində ümumilikdə 30 kilometr yol yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir.
Prezident İlham Əliyevin Ağstafa ilə bağlı növbəti Sərəncamı ilə 2017-ci ilin cari ayında Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə birləşdirən uzunluğu 13 kilometr olan Ağstafa–Köçəsgər avtomobil yolunun tikintisinə də başlanılıb. Həmin kəndləri Qırlı kəndi ilə əlaqələndirən uzunluğu 2,5 kilometr olan Eynallı-Qırlı yolunun da tikintisi həmin layihəyə daxil edilib. Hazırda bu yollarda tikinti-quruculuq işləri sürətlə davam etdirilir və yolların yaxın zamanda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Aprel ayında da növbəti kəndləri - Qaçaq Kərəm, Xətai, Aşağı Kəsəmən, Zəlimxan kəndlərini Ağstafa şəhəri və Poylu kəndi ilə birləşdirən Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan dairəvi avtomobil yolunun yenidən tikintisinə başlanacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info