BANM-də soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 31.03.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


qırımı qurbanlarının xatirəsi anılıb

Bakı Ali Neft Məktəbində (BANM) ilk dərslər 31 Mart soyqırımı qurbanlarının xatirəsinin anılmasına həsr edilib. BANM-dən bildirilib ki, dərslər başlanmazdan əvvəl tələbə və müəllimlər bütün auditoriyalarda 31 Mart soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Sonra müəllimlər multimedia vasitəsilə 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələri haqqında geniş məlumat veriblər. Bildirilib ki, erməni silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan və digər bölgələrdə on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib və kütləvi məzarlıqlarda dəfn ediblər. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda ilk dəfə bu hadisələrə siyasi və hüquqi qiymət verilib, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib. BANM-in müəllimləri anım tədbirlərinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi gənclərin tarixi həqiqətlər, soyqırımı dəhşətləri haqqında daha dərindən məlumatlanmasına və vətənpərvərlik ruhunda tərbiyəsinə imkan yaradır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info