Efiopiyada “İRS” jurnalının Amhar dilində ilk nəşri təqdim olunub
Tarix: 31.03.2017 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyinin və “İRS” jurnalı redaksiyasının birgə təşkilatçılığı ilə sözügedən jurnalın Amhar dilində ilk nəşrinin təqdimatı keçirilib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir paytaxt Əddis-Əbəbənin ən mühüm tarixi məkanlarından biri olan “Milli Teatr”da təşkil olunub.
 
“İRS” jurnalının ilk dəfə Amhar dilində nəşr edilməsi son dövrlər Azərbaycanın Afrika qitəsi ölkələri və Efiopiya ilə genişlənən əlaqələrinin inkişafına töhfə vermək, ölkəmizin mədəniyyətini və zəngin maddi mədəni irsinin Afrika qitəsində, o cümlədən dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Həbəşistanda təşviq edilməsi məqsədi daşıyır.
 
  
Amhar dilində nəşr olunmuş jurnalda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın “Qarabağ muğam məktəbi” adlı məqaləsi, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun jurnal oxucularına müraciəti, Azərbaycanda təhsil almış efiopiyalı məzun Seyfu Tirfunun Azərbaycanda yaşadığı dövrü əhatə edən xoş xatirələri və digər maraqlı materiallar öz əksini tapıb. Həmçinin jurnalda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, Xocalı soyqırımı, ölkəmizin iqtisadi inkişafı və turizm potensialı haqqında oxuculara ətraflı məlumat verilib.
 
 
Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı, Efiopiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tevolde Mulugeta, 30-dan artıq diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Efiopiyada fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və tələbə heyəti, yerli mətbuat nümayəndələri və ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları iştirak edib.
 
 
Tədbirdə çıxış edən səfir E. Abdullayev “İRS” jurnalının təsis edildiyi gündən Azərbaycan tarixinin və mədəniyyətinin dünyada təbliğ edilməsində xüsusi rol oynadığını qeyd edib. Səfir E. Abdullayev Amhar dilində nəşr edilmiş "İRS" jurnalının Efiopiya ictimaiyyətinə ölkəmizlə yaxından tanış olmaq imkanı yaradacağını, həmçinin xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
 
Təqdimat zamanı T. Mulugeta, H. Hacıyev, M. Mərcanlı və S. Tirfu çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info