Kimlər məktəb direktoru kimi çalışa bilər?
Tarix: 31.03.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı açıqlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, müsabiqəyə çıxarılan vakant yerlərin sayı 700-ə yaxındır. Onun sözlərinə görə, ölkə üzrə vakansiyası olmayan rayon yoxdur. E. Bağırov qeyd edib ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqə başa çatandan sonra ehtiyat kadrlar bazası yaradılacaq: “Bu da qaydalara edilən ən mühüm yeniliklərdən biridir. İmtahan nəticəsində yer tutmayan namizədlərin nəticələri ləğv olunmayacaq və onlar hər dəfə müsabiqəyə gəlmək məcburiyyətində olmayacaqlar. Əvvəlki illərdə isə direktor olmaq istəyən namizəd müsabiqədə uğurlu nəticə göstərsə də, vakansiyanı tuta bilmirdisə, direktor olmaq üçün təkrarən müsabiqəyə cəlb olunurdu. Lakin bu il müsabiqədən sonra belə namizədlərin siyahısı toplanacaq, onların ehtiyat kadrlar bazası yaradılacaq. Həmin namizədlər vakant yer yaranan kimi ora təyinat alacaqlar”.
E. Bağırov əlavə edib ki, yaşı 65-dən çox olan namizədlər müsabiqəyə buraxılmayacaq: “Eyni zamanda, tələblərə əsasən, namizədin ali təhsili və 5 il pedaqoji stajı olmalıdır. Təbii ki, 17-18 yaşında ali təhsil müəssisəsinə daxil olan şəxs, ali məktəbi başa vurandan sonra 5 il də pedaqoji fəaliyyətlə məşğul olsa, bu təxminən 26-27 yaş edir. Ümumilikdə isə meyarlara cavab verən hər kəs müsabiqədə iştirak edə bilər. Namizədin 5 il ərzində sırf məktəb rəhbərliyi vəzifəsində çalışması şərt deyil. O, müəllim, müəllim köməkçisi, direktor müavini kimi də çalışa bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info