Pirallahıda soyqırımı qurbanlarının xatirəsi yad edilib
Tarix: 31.03.2017 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Bu gün Pirallahı rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbirdə RİH əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri, orta məktəblərin şagirdləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində 29 N-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindənibarət sərgi ilə tanış olublar.
Tədbir zamanı xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
      Mərasimdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə bir neçə əsr ərzində xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror və soyqırımı aktlarından danışdı. V.Səfixanov bildirildi ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
     1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 mindən çox azərbaycanlı Ermənistandan amansızcasına, görünməmiş vəhşiliklərə məruz qalaraq qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırımı faciələri törədilmişdir.
     Məruzədə azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırılır. Azərbaycan həqiqətlərinin, erməni millətçilərinin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vandalizm hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin rolu xüsusi vurğulanıb. Anım mərasiminə “Soyqırım: Bakı” filminə baxışla yekun vurulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info