BMU Texnoparkı Çin şirkətləri ilə əməkdaşlıqda maraqlıdır           
Tarix: 31.03.2017 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Bu gün Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin İqtisadi və Ticarət Ofisinin səlahiyyətli nümayəndəsi Van Çunqan və "HUAWEI" şirkətinin səlahiyyətli nümayəndəsi Səfər Səfərov Bakı Mühəndislik Universitetinin qonağı olublar. Qonaqlar əvvəlcə, universitetin rektoru professor Havar Məmmədovla görüşüblər. İlk öncə qonaqlara universitet haqqında geniş məlumat verən professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin ölkəmizdə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yarandığını bildirib. 
Qeyd edib ki, Bakı Mühəndislik Universitetinin məqsədi Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərinin təşkili, innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirməkdir.
Görüşdə gələcəkdə əməkdaşlıq imkanları da müzakirə edilib və universitetin şirkətlərlə əməkdaşlığının önəmi vurğulanıb. Qonaqlar da öz növbəsində Bakı Mühəndislik Universitetində olmaqdan məmnunluqlarını bildiriblər və gələcəkdə də hər iki müəssisə arasında əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıblar.
Sonra isə, qonaqlar  Universitetin tərkibində fəaliyyət göstərən texnoparkla, o cümlədən universitetin bəzi laboratoriya imkanları ilə tanış oldular.  Daha sonra, əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Texnoparkda görüş keçirildi. Görüşdə Texnoparkla tərəfdaşlıq edən Azərbaycandan bəzi şirkətlərin nümayəndələri də iştirak etdi. BMU Texnoparkının müdiri Samir Məmmədov qonaqlara Universitetin sahibkarlarla əməkdaşlığa verdiyi əhəmiyyətdən və perspektivdə planlaşdırılan potensial imkanlar, eləcə də Çin şirkətləri ilə reallaşdırıla biləcək ortaq layihələr haqqında geniş informasiya verdi. Görüş Azərbaycanda intellektual sektorun inkişafı sahəsində reallaşdırıla biləcək ortaq layihələrin müzakirəsi ilə davam etdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info