“Azərbaycanda hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir”
Tarix: 16.04.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Son vaxtlar özünü ziyalı adlandıran Əkrəm Əylislinin “Daş yuxular”ı, Rüstəm İbrahimbəyov kimi şəxslərin ermənilərin mövqeyini dəstəkləyən çıxışları ölkə ictimaiyyətində kəskin etirazlara səbəb olub. Belə çıxışlara özünü bloqqer kimi qələmə verən Emin Millinin ermənilərin “Agos” qəzetinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər də əlavə olunub. Adı çəkilən şəxslər özlərini müxalifət adlandıraraq Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, dövlətimizin milli maraqlarına zərbə vurmaq üçün fəaliyyət göstərirlər. Onlar bəzi məlumatsız gəncləri öz sıralarına daxil edir və onları qanunsuz aksiyalara təhrik etməklə ölkədə siyasi vəziyyətin gərgin olduğu görüntüsünü yaratmaq istəyirlər. Bu mövzuda müsahibimiz “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlidir.
- Son dövrdə Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov və nəhayət, Emin Millinin məlum əməlləri cəmiyyətin kəskin etirazlarına səbəb olub. Eyni zamanda radikal müxalifətdə məlumatsız gəncləri qanunsuz aksiyalara cəlb etmək meyilləri güclənib. Bu haqda nə deyə bilərsiniz?
-Bilirsiniz ki, dövlətimizin apardığı uğurlu siyasət nəticəsində Xocalı soyqırımı ABŞ-ın bir sıra ştatlarında, Avropa dövlətlərində, İƏT-də tanınıb. Azərbaycanın güclü iqtisadiyyatı var. Ordumuz bu gün Cənubi Qafqazın ən güclü ordusudur. Əfsuslar olsun ki, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Emin Milli kimilər dövlətimizin bu siyasətinə zərbə vurur. Müxalifətdə olmaq olar, amma dövlətçiliyə qarşı, xalqa qarşı müxalifət olmaq olmaz. Adlarını sadaladığımız şəxslərin və onlarla eyni fikirdə olanların müxalifətçiliyi dövlətçiliyimizə, xalqımıza, ərazi bütövlüyümüzə qarşıdır. Ona görə belə şəxslərin özlərini ziyalı adlandırmağa haqqı yoxdur. Çünki ziyalı dövlətinin, xalqının yanında olmalıdır. Lakin adı çəkilən şəxslərin fəaliyyəti ölkəmizə Ermənistandan daha çox zərbə vurur. Hazırda erməni lobbisi dünyanın bir çox yerlərində təbliğat kampaniyası aparır və özlərini ziyalı adlandıran şəxslərin fəaliyyəti bir növ onların işinə kömək etməkdir. Qarabağ məsələsində düşmənlərimizin mövqeyindən çıxış edirlər. Bu, qəbuledilməzdir, xalqımız və gəncliyimiz bunu qınayır. Belə fikirlərlə dövlətimizi sarsıtmaq olmaz. Belə təsir vasitələrilə heç nəyə nail olmaq olmaz. Dövlətimiz bundan sonra da uğurlu daxili və xarici siyasətini davam etdirərək daha da güclənəcək, uğurlarının sayını artıracaq.
- Sizcə, niyə müxalifət hansısa bir birlik altında birləşə bilmir?
- Çünki məqsədləri onların birləşməsinə mane olur. Son 20 ildə keçirilən seçkilərdə dəfələrlə iştirak ediblər, amma heç bir müsbət nəticə əldə edə bilməyiblər. Hər zaman demokratiyadan danışırlar, lakin əməllərində bunu görmək mümkün deyil. Qərbdə belə bir ənənə var ki, əgər hansısa bir partiya seçkilərdə iştirak edib məğlub olursa, partiyanın rəhbərliyində kimlərsə istefaya gedir, yaxud konsepsiyalarında, proqramlarında, fəaliyyətlərində dəyişiklik edirlər. Lakin Azərbaycandakı müxalifətdə bu yoxdur. Müxalifətdəki gənclər təşkilatlarını da şəxsi ambisiyaları, üst-üstə düşməyən mövqeləri birləşməyə qoymur. Əslində ümummilli əhəmiyyət kəsb edən məsələlərdə həm iqtidar, həm də müxalifət vahid mövqedən çıxış etməlidir. İkinci bir tərəfdən dövlətimizin uğurlu siyasəti nəticəsində ölkəmizdə gənclərin inkişafı üçün çoxlu imkanlar var. Cənab Prezidentin dediyi kimi, dövlətimizin həyata keçirdiyi siyasətin əsasını neft kapitalını insan kapitalına çevirmək təşkil edir. Biz gənclərin daha çox bilik qazanmasını, savadlanmasını istəyirik. Özünü dünyanın demokratik dövlətləri adlandıran dövlətlərdə də qanunsuz aksiyaların qarşısı burda olduğundan da sərt şəkildə alınır. Hər bir dövlətin milli maraqları və onları qoruyan qurumlar var. Əlbəttə ki, Azərbaycanda da bu cür addımlar atılacaq. Gəncləri meydanlara çağırmaqla dövlətimizin milli maraqlarına zərbə vurmaq olmaz. Gənclərə tövsiyəmiz odur ki, enerjilərini daha çox savadlanmağa, xalqa, millətə yararlı olan işlərə sərf etsinlər. Ümummilli lider Heydər Əliyev dövlətimizi qurarkən onu elə möhkəm prinsiplər üzərində inşa edib ki, belə işlərlə onu sarsıtmaq mümkün deyil. Bir də əsas odur ki, Azərbaycanda xalq öz Prezidentinin yanındadır. Gənclərin böyük əksəriyyəti Prezidenti dəstəkləyir. Misirdə, ondan qabaq Tunisdə, Liviyadakı, indi də Suriyadakı vəziyyəti görürük. Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəllərində bu durumda idi, artıq bu mərhələni arxada qoymuşuq. Burada hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdə iştirak edib qalib gəlməkdir. Aparılan sorğuların nəticəsinə baxdığımız zaman indidən Prezidentin qalib gəldiyini demək mümkündür. Ona görə ki, bu siyasət ölkəmizə hərtərəfli inkişaf gətirib.
- Bəzi gənclər var ki, bilmədən radikal müxalifətin sırasına qoşulur. Belə gəncləri bu cür zərərli addımlardan qorumaq üçün QHT-lər hansı işləri görməlidirlər?
- Gənclər təşkilatları və həmçinin də bizim təşkilatımız gənclərlə müxtəlif vasitələrlə görüşürük, söhbətlər aparırıq. Təəssüflər olsun ki, gəncliyin cüzi bir hissəsi radikal müxalifət rəhbərlərinin məqsədlərinin həyata keçirilməsi üçün alətə çevrilirlər. Artıq 20 ildir bunlar ətraflarına bir neçə nəfəri toplayaraq ictimai sabitliyi pozmağa çalışırlar. Əvvəl də belə gənclər olub, lakin onların çoxları həyat təcrübələri artdıqca müxalifət sıralarından ayrılıb. Yalnız gənclər deyil, həm də əvvəllər müxalifətə bağlı olan bir sıra QHT-lər, mətbuat orqanları da radikal müxalifət partiyaları ilə eyni sırada fəaliyyət göstərməkdən imtina ediblər. İndi də radikal müxalifət bəzi gənclərin beyinlərini zəhərləyərək onlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Bunun da səbəbi onların təcrübəsizliyi, yaşlarının az olmasıdır. Ümumilikdə gənclərin böyük əksəriyyəti Prezidenti dəstəkləyir. Çünki müxalifətin heç bir fəaliyyəti yoxdur və xalq da bunu görür. Bəzi gəncləri öz sıralarına daxil etməklə radikal müxalifət heç nəyə nail ola bilməz. Yenə gənclərə daha çox savadlanmağı, xaricdə təhsil almağı, QHT-lər qurmağı, layihələr həyata keçirməyi, müxtəlif normal fəaliyyət göstərən gənclər təşkilatlarına qoşulmağı və bununla vaxtlarından səmərəli istifadə etməyi, xalqa, dövlətə xidmət etməyi tövsiyə edirəm.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info