“Dağlıq Qarabağ münaqişəsinin həlli Fransa prezidenti üçün prioritet olmalıdır”
Tarix: 31.03.2017 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı növbəti dəfə fikirlərini paylaşıb.
 
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinə daxil olan məlumata görə, senatorun imzası ilə dərc olunan məqalə Fransanın 15 min tirajla buraxılan “La Revue du Trombinoscope” adlı siyasi jurnalda yer alıb. TEAS-dan bildirilib ki, jurnalın mart nömrəsi Fransa prezidentliyinə namizədlərə, rəsmi Parisin gələcək xarici siyasətinə dair tövsiyələrə həsr olunub.
 
Andre Rişar məqaləsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır. O vurğulayıb ki, Fransa və Azərbaycan arasında 25 il davam edən diplomatik əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə, xüsusilə, kollektiv təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq məsələləri daim yüksələn xətt üzrə inkişaf edib. 
 
Senator qeyd edib ki, bu cür yaxşı münasibətlərin olmasına və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi statusunu daşımasına baxmayaraq, müəyyən güclü lobbilərin təsiri ucbatından Azərbaycan mövqeyini Fransa ictimaiyyətinə çatdırmaqda böyük çətinliklərlə üzləşir.  
 
Bunu nəzərə alaraq, o, növbəti Fransa prezidentini bu sahədə “nümunəvi obyektivlik” nümayiş etdirməyə çağırır. Vurğulayır ki, bu münaqişə mümkün qədər tez bir zamanda sülh yolu ilə həll olunmalıdır. Ona görə ki, münaqişə ocağı, Avropa İttifaqının qonşuluğunda yerləşən regionun siyasi və iqtisadi sabitliyinə təsir göstərir. 
 
Senator bildirib ki, bu münaqişə Azərbaycanda dərin izlər qoyub. Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan tərəfindən işğal olunduğuna görə ölkə bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Bu insanların yeganə ümidi torpaqlarına qayıtmaq və əvvəlki kimi qonşuları ilə sülh şəraitində yaşamaqdır.
 
Andre Rişar məqaləsini yekunlaşdırarkən təklif irəli sürüb ki, danışıqlarda tərəqqiyə nail olmaq üçün Fransa Senatında Ermənistan və Azərbaycan tərəfləri arasında parlamentlərarası müzakirələrin təşkilinə cəhd göstərilməlidir. Bu təklif bu ilin martında Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində səsləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info