Bakı sakinləri 31 Mart soyqırımı haqqında eşidiblərmi? – SORĞU
Tarix: 31.03.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Azərbaycanlıların mart soyqırımı 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın insan qətlə yetirilib, 10 minlərlə vətəndaş itkin düşüb.
Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Bəs Bakı sakinləri 99 il əvvəl baş vermiş soyqırım haqqında məlumatlıdırlarmı?
“ACT Azərbaycan” 22-27 fevral tarixlərində Bakı şəhərində bununla bağlı sorğu keçirib.
Rəyi soruşulmuş sakinlərin 76%-i 31 mart 1918-ci il tarixi haqqında eşitdiyini bildirib. Rəyi soruşulmuş qadınların 82%-i, kişilərin isə 70%-i bu tarix haqqında eşitdiyini deyib. Sakinlərin dörddə biri (24%) 31 mart 1918-ci il tarixi haqqında heç bir məlumatının olmadığını söyləyib.
Rəyi soruşulan gənc nəslin (18-24 yaş aralığı) 85%-i bu tarixlə bağlı məlumatlı olub. 35-44 yaş aralığında olan respondentlərin isə 39%-i bu haqda ilk dəfə eşitdiyini bildirib.
31 mart 1918-ci il tarixi haqqında eşidən respondentlərin böyük əksəriyyəti bu günün azərbaycanlıların soyqırımı olduğu cavabını verib (94%). Gənc (25-34 yaş aralığı) və 45-54 yaş aralığında olan respondentlərin, demək olar ki, hamısı (98%) azərbaycanlıların soyqırıma məruz qaldığı tarixi düzgün göstəriblər.
4% respondent isə sualı cavablandırmaqda çətinlik çəkib.
2% respondent bu tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixlə səhv salıblar. Bu cavabı bildirənlərin beşdə birini (21%) ahıllar (65 və yuxarı yaş) təşkil edib.
Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info