Bakı Atatürk Liseyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
Tarix: 31.03.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra çıxış edən liseyin müəllimi İlhamə Məmmədova ermənilərin zaman-zaman Türk dünyasına, o cümlədən azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlar barədə geniş məlumat verib. Xüsusi olaraq vurğulanıb ki, iki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlarının coğrafiyası genişdir. Təkcə 1918-ci ilin mart və aprel aylarında erməni silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan və digər bölgələrdə on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib və kütləvi məzarlıqlarda dəfn ediblər.
Bildirilib ki, uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmayıb və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda ilk dəfə bu hadisələrə siyasi və hüquqi qiymət verilib, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.
O da qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun dünyanın aparıcı dövlətlərində xalqımızın başına gətirilmiş soyqırımı aktlarının tanıdılması istiqamətində gördüyü işlər öz bəhrəsini verməkdədir.
Sonra lisey şagirdləri tərəfindən soyqırımına həsr olunmuş şeirlər səsləndirilib və "Nuru paşa və Qafqaz İslam Ordusu" adlı videofilm nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info