“Azexport“ Ağdam sahibkarlarına təqdim olunacaq
Tarix: 31.03.2017 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) region sahibkarları ilə yekun görüşünü aprelin 1-də Ağdamın Quzanlı qəsəbəsində keçirəcək.
Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirə Ağdam, Füzuli və Tərtərdən 100-dək sahibkar qatılacaq. Tədbirdə İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı iştirak edəcək.
Görüşdə portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs ediləcək, həmçinin "Azexport.az"a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları, Rəqəmsal Ticarət Qovşağı barədə geniş məlumat veriləcək.
Qeyd edək ki, bu, iqtisadi rayonlarda keçirilən səkkizinci görüşdür. İndiyədək portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəran, Xaçmaz və İmişlidə sahibkarlarla görüşü baş tutub. Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün "Azexport" komandası indiyə qədər Bakının 12, respublikanın 8 rayonunda sahibkarlarla görüş keçirib.
Xatırladaq ki, "Azexport.az" portalına Yaponiya, Niderland, Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan və digər ölkələrdən olmaqla, əsasən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, quru süd, mineral sular, alma, viski və digər məhsullara dair sifarişlər gəlir. "Azexport" portalı təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.
"Azexport.az" portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info