Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayı azaldılaraq vahid rüblük hesabatla əvəz edilib
Tarix: 31.03.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda növbəti islahat tədbiri kimi, 2017-ci il 01 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanması ilə əlaqədar sığortaedənlərlə görüş keçirilib. Sığortaedənlərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə keçirilən görüşdə respublikamızda fəaliyyət göstərən 250-dən çox dövlət təşkilatının, yerli və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının təmsilçiləri iştirak edib.
Görüşdə bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda təyin olunan pensiya məbləğinin ödənilən sosial sığorta haqqının məbləğinə uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilib, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək, vahid rüblük hesabatla əvəz edilməsi həyata keçirilib.
Tədbirdə çıxış edən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcəkdir.
Görüşdə bildirilib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması həmin sahələr üzrə 30-a qədər elektron xidmətin əhalinin istifadəsinə verilməsinə, xidmətlərin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib. Təkcə 2016-cı il ərzində əhalinin 6 milyon 550 min dəfə faydalandığı bu e-xidmətlər "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərinin mühüm bir qismi pensiya təminatının əsas şərti olan məcburi dövlət sosial sığorta sistemini əhatə etməklə, əhalinin bu sahə üzrə bütün xidmətlərdən online rejimdə, rahat və şəffaf şəraitdə istifadəsinə geniş imkanlar yaradıb. Hazırda təqdim edilən yenilik də bu sahədə növbəti addımdır.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən sığorta iştirakçılarının qeydiyyatı, daxil olan ödənişlərin uçotu və fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilib. Görüş müzakirə şəraitində sığortaedənlərin suallarının cavablandırılması, onlara ətraflı izahatların verilməsi ilə davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info