İstiqlal Muzeyində “açıq dərs” keçirilib
Tarix: 31.03.2017 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


31 Mart 2017-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “açıq dərs” keçirildi.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.
Muzeydə keçirilən dərsdə muzeyin elmi işçiləri Əliyeva Fəxriyyə, Ramazanova Gülay, Məmmədova Sufayi 225 saylı orta məktəbin və “İdrak” liseyin şagirdləri üçün ermənilər tərəfindən müxtəlif tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunmuş mühazirələr ilə çıxış etdilər.
Dərsin sonunda Bakı soyqırımına həsr olunmuş film nümayiş olundu, şagirdlərlə “Tarixin yaddaşı” adlı intelektual oyun keçirildi və qaliblər muzey tərəfindən diplomlarla mükafatlandırıldılar. Həmçinin 225 saylı məktəbin şagirdləri mövzu ilə bağlı şeirlər səsləndirdilər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info