ADNSU tələbələri “Schneider Electric” şirkətində işlə təmin olunacaqlar
Tarix: 31.03.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, M.Babanlı qonaqlara universitet haqqında geniş məlumat verib, ali təhsil ocağında son vaxtlar həyata keçirilən uğurlu islahatlardan danışıb. Ötən il birinci ixtisas qrupunda ölkə üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərin 51 faizinin ADNSU-nu seçdiyini deyən rektor bunu universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirib. Magistratura pilləsində mindən çox tələbənin təhsil aldığını vurğulayan M.Babanlı diqqətə çatdırıb ki, cari ildə bu pillə üçün Təhsil Nazirliyinə 609 yer sifariş olunması planlaşdırılır. Universitetin hazırda qarşıya qoyduğu ən vacib vəzifələrdən biri tələbə və məzunların işlə təmin olunmasıdır. Bunun üçün müəyyən addımlar atıldığını bildirən rektor deyib ki, energetika fakültəsində tətbiq edilən gündəlik təcrübə proqramı çərçivəsində hazırda 144 tələbə ixtisasları üzrə müxtəlif müəssisələrdə təcrübə keçir. Əsas məqsədimiz tələbələrin təhsil aldıqları müddətdə öz ixtisaslarını həm nəzəri, həm də praktiki cəhətdən mənimsəmələri, məzunların isə işlə təmin olunmalarıdır.
“Schneider Electric” şirkətinin fəaliyyəti haqqında məlumat verən E.Tekdemir ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edilib ki, şirkətdə gənc kadrların hazırlığına xüsusi önəm verilir. ADNSU-da energetika fakültəsinin tələbələri ilə müsahibənin təşkilinin planlaşdırıldığını deyən E.Tekdemir vurğulayıb ki, onların arasında ən hazırlıqlı olanlar işlə təmin ediləcəklər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info