Rusiya-Belarus düyünü çözülür: Lukaşenko aprelin 3-də Putinlə görüşəcək
Tarix: 31.03.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Aşqabada gedən Lukaşenkodan Türkmənistana təklif:
“Siz öz məhsullarınızı Belarus ərazisindən Avropa bazarlarına çıxara bilərsiniz. Bunun üçün biz sizi logistika mərkəzləri, anbarlarla təmin edə bilərik”


Belarus Türkmənistan mallarının Avropaya ixracı üçün logistika mərkəzləri ilə təmin etməyə hazır olduğunu bildirib. Türkmənistana səfər edən Belarus prezidenti Aleksandr Lukaşenko Aşqabadda ölkəsinin yeni səfirlik binasının, eləcə də Qarlık emal zavodunun açılışında iştirak edib.
Dünən iki ölkə rəhbəri arasında keçirilən danışıqlarda müxtəlif sahələr üzrə əməkdaşlığa dair 11 sənəd imzalanıb. Prezidentlərin qəbul etdikləri birgə bəyanatda dövlətlərarası dialoqun yüksək dinamikası qeyd edilməklə yanaşı, əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi alqışlanıb. Ənənəvi olaraq, Türkmənistanı traktor, avtomobil və kombaynla təmin etməyə hazır olduğunu bəyan edən Belarus rəhbəri Lukaşenko Türkmənistan üçün ölkəsinin ali məktəblərində mütəxəssislər hazırlamağa da hazır olduqlarını bildirib: “Siz öz məhsullarınızı Belarus ərazisindən Avropa bazarlarına çıxara bilərsiniz. Bunun üçün biz sizi logistika mərkəzləri, anbarlarla təmin edə bilərik. Bu sahələr bizdə çox sürətlə inkişaf edib. Siz, sadəcə olaraq, Avropada satmağa sərfəli olacaq malları müəyyən edin, yolu isə biz təmin edəcəyik”. Türkmənistan və Belarus dövlət başçıları arasında keçirilən görüşdə qeyd edilib ki, tərəflər arasında siyasi münasibətlər yüksək səviyyədədir. Aleksandr Lukaşenko qeyd edib ki, Aşqabadda Belarusun dinc xarici siyasət yürütdüyünə heç kim şübhə ilə yanaşmır: “Siz artıq Avropanın mərkəzində etibarlı bir dəstək və dost qazandığınızı bilməlisiniz. Siz Belarusa arxalana bilərsiniz”. Qarlık emal zavodunun açılışında iştirak edən Belarus prezidenti ildə 1,4 milyon ton kalium xlorid istehsal edəcək bu tikintini «birgə möhtəşəm layihə» kimi dəyərləndirib. Xatırlatmaq yerinə düşər ki, məhz bu layihəyə əsasən ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 30 faiz artıb. Bu, Belarus üçün müsbət balans kimi dəyərləndirilməlidir. İki ölkə arsında satışdan əldə edilən 120,6 milyon dolların 113 milyon dolları Belarus ixracının payına düşür. Lukaşenkonun xarici səfərləri Rusiya ilə münasibətlərdə yaranan problemlərlə əlaqələndirilir. Amma bu proses uzun çəkməyəcək. Belə ki, aprelin 3-də Sankt-Peterburqda Lukaşenko ilə Putinin görüşü keçiriləcək. Bu haqda Belarus baş nazirinin müavini məlumat verib. Rusiya və Belarus prezidentləri son zamanlar yaranan problemləri müzakirə edəcəklər. Rusiyanın Minskdəki səfiri Aleksandr Surikov optimist açıqlama verib: “Fikrimcə, problemlər həll olunacaq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info