Pensiyaların təyini iyulun 1-dən avtomatlaşdırılacaq
Tarix: 16.04.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


"Əmək pensiyalarının avtomatlaşdırılmış təyinatına 2013-cü il iyulun 1-dən başlamaq planlaşdırılır". Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu prosesin proqram təminatı üzrə işlər artıq yekunlaşıb və indi "Call-mərkəz"in formalaşdırılması işləri görülür. Əmək pensiyalarının avtomatlaşdırılmış təyinatına keçmək üçün yeganə problem 2006-cı ilə qədər pensiyaya çıxan pensiyaçıların stajı haqqında məlumatların toplanmasıdır. Staj haqqında məlumatlar olarsa, qanunvericiliyə əsasən, hər ilin 170 manata vurulması yolu ilə 2006-cı ilə qədər şəxsin pensiya kapitalını müəyyənləşdirmək mümkün olacaq.
S.Müslümovun sözlərinə görə, 2006-cı ilə qədər vətəndaşların iş stajını yalnız əmək kitabçaları əsasında müəyyənləşdirmək olar. Buna görə də onların DSMF-yə təqdim olunması vacib məsələdir. Bununla əlaqədar olaraq, DSMF sədri bir daha vətəndaşlara müracət edərək bildirib ki, onlar əmək kitabçasında olan məlumatları fondun yerli şöbələrinə təqdim etsinlər: "Onlar pensiya yaşına çatanda pensiyaların ödənilməsi ilə bağlı heç bir problem yaranmayacaq. Yəni iyulun 1-dən etibarən sistem bütün vətəndaşlar üçün açıq olacaq. Staj haqqında tam informasiyanın əks olunduğu şəxslərdə pensiya təyinatı tamamilə təmin ediləcək. Şəxslərdə 2006-cı il yanvarın 1-dək staj haqqında məlumatlar olmadıqda, onlara pensiya ödənişləri aşağı olacaq".
İLKIN




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info