Çernoqoriyanı NATO üçün vacib edən səbəb
Tarix: 01.04.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


ÜDM -i 4 milyard dollar, əsgərlərinin sayı 2 min, əhalisinin sayı 600 min nəfərdən bir qədər artıq olan bir ölkənin Rusiya və NATO arasında mübarizə meydanına çevrilməsinin arxasında geosiyasi amillər dayanır

NATO-nun postsovet məkanına genişlənməyə getməsi Rusiyanın nüfuz dairəsinə birbaşa müdaxilə sayılır. Ona görə də NATO hələlik postsovet məkanında genişlənmə siyasətindən kənardır. “RİA Novosti” yazır ki, Rusiya indi Çernoqoriya ilə bağlı sərt mövqe ortaya qoyur ki, alyansın strateqləri postsovet məkanı haqqında düşünməkdən çəkinsin.
ABŞ Senatı bir neçə gün əvvəl Çernoqoriyanın NATO-ya üzvlüyünü təsdiqləyib. Bu təşəbbüsü 97 senator dəstəkləyib, yalnız iki senator təklifin əleyhinə çıxıb. Çernoqoriya digər alyans üzvlərinin razılığı olsa, NATO-nun təhlükəsizlik sahəsində tamhüquqlu üzvü olacaq. Xatırladaq ki, bundan əvvəl senator Con Makkeyn Rusiyanı Çernoqoriyada hakimiyyəti devirmək cəhdlərində ittiham etmişdi. O bildirib ki, Senat Çernoqoriyann NATO-ya üzvlüyünü dəstəkləməsə, bu ölkədə indiki demokratiyadan əsər-əlamət qalmayacaq. Xatırladaq ki, Çernoqoriya 2015-ci ilin dekabrında rəsmən NATO üzvlüyünə dəvət olunub. ABŞ Senatında bununla bağlı müzakirələr senatorlar Pol Rend və Li Mayklın etirazı səbəbilə bu günə kimi bir neçə dəfə təxirə salınıb. ABŞ dövlət başçısı Tramp alyansı tənqid etsə də, Çernoqoriyanın NATO-ya üzvlüyünü dəstəkləyir. Avropa dövlətlərinin əksəriyyəti Çernoqoriyanın alyansa üzvlüyünü ratifikasiya edib. ÜDM-i 4 milyard dollar, ordusunda əsgərlərin sayı 2 min, əhalisinin sayı 600 min nəfərdən bir qədər artıq olan bir ölkə niyə NATO üçün bu qədər vacib olsun? Rusiya və NATO-nun Çernoqoriya uğrunda savaşının arxasında geosiyasi amillər dayanır. Buraya limanlar, nəqliyyat və infrastruktur məsələsi də daxildir. Rusiya mətbuatı yazır ki, Çernoqoriya sakinləri arasında keçirilən sorğunun nəticələri göstərir ki, əhali alyansa daxil olmağın əleyhinədir. Amma orada insanlar buna etiraz etmir, hansısa maydan təşkil etməkdən çəkinirlər. Elə bu səbəbdən NATO yönümlü hakim koalisiya yaratmaq mümkün olub. Qeyd edilir ki, Çernoqoriyanın NATO-ya üzv olması Rusiyanın maraqlarına o qədər də zərbə vurmur. Çünki bu ölkənin Rusiya ilə sərhədləri yoxdur. Amma Moskva ümumi siyasi maraqlardan yanaşaraq bu üzvlüyə qarşı çıxır. Təbiidir ki, Gürcüstan, Ukrayna və ya Moldova ilə bağlı analoji hal olsaydı, Moskvanın münasibəti tam fərqli olardı. Amma ABŞ və Avropa dövlətləri yaxşı anlayır ki, belə bir addım ciddi konfliktə səbəb ola bilər. Digər tərəfdən Ukrayna, Moldova və Gürcüstanın ərazi problemləri, daha doğrusu, separatçı rejimlərlə bağlı problemləri var. Belə ölkələri NATO-ya üzvlüyə qəbul etmirlər. Əks halda, konfrontasiya qaçılmaz ola bilər. NATO-nun postsovet məkanına genişlənməyə getməsi Rusiyanın nüfuz dairəsinə birbaşa müdaxilə sayılır. Ona görə də NATO, hələlik postsovet məkanında genişlənmə siyasətindən kənardır. “RİA Novosti” yazır ki, Rusiya indi Çernoqoriya ilə bağlı sərt mövqe ortaya qoyur ki, alyansın strateqləri postsovet məkanı haqqında düşünməkdən çəkinsin. Bu yanaşma Moskvanın Tbilisi, Kişinyov və Kiyevlə bağlı mövqeyinin dəyişmədiyini göstərmək baxımından önəmlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info