Soyqırımına həsr olunmuş yeni sənədli film təqdim olunub
Tarix: 01.04.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qarabağ: əsirlər və girovlar. Közərən xaç” sənədli filminin təqdimatı keçirilib. Mətbuat Şurasının sifarişi ilə hazırlanan sənədli filmin məsləhətçisi Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur.
Filmdə 1918-ci il martın 31-də ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı bütün incəlikləri ilə öz əksini tapıb. Filmin çəkilişində konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini də əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerləyeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıb, özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər. Sonra film nümayiş olunub. Filmdə erməni vəhşilikləri barədə danışan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, keçən əsrin əvvəllərində, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı qanlı, vəhşi qətllər törədiblər. İnsanı əzalarından məhrum etmək, onlara qarşı qorxuducu və vəhşət gətirici hadisələr törətmək ermənilərin xislətidir. Çox təəssüf ki, xristian dünyasında hələ də erməni xalqını yaxşı tanımırlar. Azərbaycan xalqının tolerant ruhunun, xarakterinin göstəricilərindən biri də ondan ibarətdir ki, iki yüz ildən artıq bir müddətdə ermənilərin Azərbaycan xalqının başına olmazın müsibətlər gətirməsinə, vəhşiliklər törətməsinə baxmayaraq, biz həmişə erməni xalqına hörmətlə yanaşmışıq. Bunun nəticəsidir ki, Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri filimlə bağlı təəssüratlarını bölüşüb, bu ekran əsərinin beynəlxalq informasiya məkanlarında nümayiş olunmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, film Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info