Azərbaycan Əbu-Dabidə keçirilən festivalda iştirak edib
Tarix: 03.04.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərhum qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, öz nəcib əməlləri ilə “Millətin Anası” kimi yüksək ada layiq görülmüş Əlahəzrət Şeyxə Fatimə bint Mübarəkin, həmçinin rəhbərlik etdiyi BƏƏ Baş Qadın Federasiyasının təşəbbüsü ilə “Millətin Anası” festivalı keçirilir.
Federasiya ilə daha sıx təmasda olan diplomatik missiya rəhbərlərinin xanımları festival çərçivəsində açıq havada və yerli vətəndaşların sıx yaşadıqları “Əl-Batin” rayonunda dəniz kənarında mədəniyyət gecəsinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüsə görə, yüzlərlə yerli tamaşaçının önündə milli rəqslər nümayiş olunub.
Səfir Daşqın Şikarovun xanımı Ülviyyə Şikarovanın Baş Qadın Federasiyasının rəhbərliyi ilə davamlı təmasları nəticəsində mədəniyyət gecəsinin açılışı Azərbaycandan başlayıb.
Açılışdan əvvəl çıxış edən Ü.Şikarova müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşdırılması, eləcə də yerli vətəndaşlarda digər mədəniyyətlər haqda aydın təsəvvürün yaradılması üçün təşkil edilən belə tədbirlərə görə Əlahəzrət Şeyxə Fatimə bint Mübarəkə təşəkkürünü bildirib və onun zəngin çoxşaxəli fəaliyyətinə toxunub.
Fürsətdən istifadə edərək, səfir xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq və regional fəaliyyətindən söz açıb. Heydər Əliyev Fondunun istər ölkənin daxilində, istərsə də xaricində səhiyyə, təhsil və digər humanitar sahələrdə gördüyü işlərdən geniş bəhs edib.
Sonra səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” rəqs ansamblının iştirakçıları Aliyə Şahhüseynova, Qumral Yusifova, Ceyla Musa, Nəsrin Elnurqızı və başqaları tərəfindən “Yallı”, “Sarı Gəlin”, “Ay qaşı, gözü qara qız” kimi kollektiv və fərdi rəqs nümunələri ifa olunub və alqışlarla qarşılanıb.
Səhnədə quraşdırılan böyük ekranda ölkəmizi təbliğ edən videoçarxlar da rəqslər boyu izləyicilərin marağına səbəb olub.
Festival martın 4-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info