“Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır“ 
Tarix: 03.04.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır".
 
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində dərc olunan məqaləsində qeyd edib.
 
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş yazısında S. Lavrov bildirib ki, Rusiya digər həmsədr ölkələr olan Fransa və ABŞ-la birlikdə tərəflərə münaqişənin davamlı həllinə nail olmaq istiqamətində kömək edir: “Bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir  Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur. Bir sıra razılıqlar əldə olunur. Bir neçə məsələ qalıb, lakin bu məsələlər ən çətinidir. İşin nəticəsi ilk növbədə tərəflərin siyasi iradəsindən, kompromisli qərara hazır olmasından və uyumluluq nümayiş etdirməsindən asılıdır”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info