Əli Həsənov: “Cocuq Mərcanlıya qayıdış prosesinin başlaması xalqımızda böyük ruh yüksəkliyi yaradıb“
Tarix: 03.04.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Keçən il 1-4 aprel döyüşləri və o döyüşlər nəticəsində əldə olunan qələbə Azərbaycanın müstəqillik dövründə ordumuzun ən uğurlu qələbəsidir”.
Bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.Ə. Həsənov deyib ki, bu qələbə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında əldə edilib: “Artıq qələbədən 1 il ötür. Biz adətən, hər il işğal altında olan rayonlarımızın işğal gününü qeyd edirik. İşğal gününü qeyd etməyimizin ideoloji mənası var, yəni dünya ictimaiyyətinə bir daha torpaqlarımızın işğal altında olduğunu çatdırırıq. Digər tərəfdən, insanlarımız bir sıxıntı keçirirdilər ki, işğal günü yığışırıq, qeyd edirik. Ancaq xoş məqamdır ki, bu gün işğal gününü qeyd etmirik, azad edilən bir kəndin ərazisindəyik. Bu kənddə yaşamaq üçün imkan yaranan kimi Azərbaycan Prezidenti kəndin bərpası haqqında sərəncam verdi və burada sürətlə tikinti işlərinə başlandı. İlkin olaraq 50 ev, bir məktəb tikilir. Eyni zamanda Cocuq Mərcanlıda Şuşa məscidinin analoqu olan bir məscidin də tikintisi başlanıb”.
Baş nazirin müavini Cocuq Mərcanlıda aparılan tikintinin digər məcburi köçkün qəsəbələrin tikintisindən fərqli olduğunu qeyd edib: “Bütün qəsəbələr Prezidentin ayırdığı vəsait və şəxsi nəzarəti altında tikilib. Ancaq geri qayıdışın ilk qaranquşu olan bu kəndin bərpası xüsusən Prezidentin şəxsi nəzarəti altındadır. Mütəmadi olaraq, kəndə aparılan tikinti işləri ilə bağlı prezidenti məlumatlandırırıq. Bu kəndin tikintisi, qayıdış prosesinin başlaması ilə əlaqədar nəinki məcburi köçkünlərdə, ümumən xalqımızda böyük ruh yüksəkliyi var. Azərbaycanda hara gedirsən, Cocuq Mərcanlı deyirlər. Nəinki Azərbaycanda, artıq bütün dünyada Cocuq Mərcanlı ifadəsi işlədilir. Bu, Azərbaycan Prezidentinin apardığı xarici, ideoloji siyasətin konkret nəticəsidir ki, azad olunmuş bir kəndin bərpası bütün dünyaya səs salıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info