Külək elektrik stansiyası fəaliyyətə başlayıb
Tarix: 03.04.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Petkim” neft-kimya holdinqinin İzmirin Əliağa rayonunda inşa etdiyi külək elektrik stansiyasının 42 meqavatlıq hissəsi tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.
Qeyd edilir ki, 51 meqavatlıq külək elektrik stansiyasının təxminən 42 meqavatlıq hissəsi tamamlanıb, qalan 9 meqavatlıq hissə üzrə isə işlər davam etdirilir. Artıq külək elektrik stansiyasının mövcud 25 meqavatlıq hissəsi fəaliyyətə başlayıb. 51 meqavatlıq hissəsinin fəaliyyətə başlaması üzrə icazə üçün Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatına (EPDK) müraciət göndəriləcək.
Layihə dəyəri təxminən 55 milyon avro olan və “Petkim” yarımadasına inşa edilən külək elektrik stansiyasının istifadəyə verildikdən sonra “Petkim”in elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynaması gözlənilir.
Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info