Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı üçtərəfli texniki görüş keçirilir
Tarix: 03.04.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcək fəaliyyəti ilə bağlı üçtərəfli texniki görüş aparılıb.
 
Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi barədə məlumat verilib, dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, sənədlərin müqayisə edilməsi, mübadilə ediləcək məlumatların müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.
 
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı üçtərəfli görüşün keçirilməsi və gömrük orqanlarının üzərinə düşən bütün texniki məsələlərin həllini tapmasıdır. Ş. Bağırov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir: “Bu dəmiryolu xəttinin inşası və onun fəaliyyətə başlaması region və dünya üçün çox önəmlidir”.
 
O bildirib ki, gömrük orqanları bu layihə ilə bağlı işləri tək görə bilməz: “Bu layihə ilə bağlı Azərbaycan, Gürcüstan tərəfi sənədlərin hazırlanması və pasport məsələləri ilə bağlı həm ölkələrin sərhəd xidmətləri, pasport qeydiyyat idarələri, həm də digər dövlət qurumları ilə əlaqələndirilmiş formada işləməlidir. Bunun üçün də gömrük orqanları lazımı formada bu proseslərə cəlb olunacaq”.
 
Görüşdə həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə tərəflərinin Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi və bu günə qədər görülən işlərlə bağlı fikirləri dinlənilib. Hər üç tərəfin nümayəndələri bu layihə ilə heç bir texniki məsələnin qalmadığını vurğulayıblar. Onlar bu layihənin tezliklə fəaliyyətə başlayacağına əmin olduqlarını bildiriblər.
 
Tədbir çərçivəsində bu ilin 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədin hazırlanması da planlaşdırılır. Görüşün sonunda iki mühüm sənəd imzalanacaq. Bunlardan biri bu gün keçirilən görüşə dair yekun protokol, digəri isə 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədlə bağlıdır.
 
Qeyd edək ki, texniki görüş 2 gün davam edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info