Əli Həsənov: “Cocuq Mərcanlıda ilk qəsəbə Qurtuluş günündə istifadəyə veriləcək”
Tarix: 03.04.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


“İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddəŞuşa məscidinin analoqu olan məscid də tikiləcək”. Bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənov Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun - Qurtuluş günündə baş tutmasının nəzərdə tutulduğunu açıqlayıb: “Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir
18.04.2019
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info