Petrosyan: “Ermənistandakı seçki kolxoz işinə bənzəyir”
Tarix: 03.04.2017 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Ermənistanda keçirilən parlament seçkilərində olay yaşanıb.
 
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan səs verən zaman seçki məntəqələrində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat onların heç birinin barmaq izini tanımayıb.
 
S. Sərkisyan 10 barmağının hamısını aparata yaxınlaşdırsa da, bunun bir nəticəsi olmayıb. Prosesin çox uzandığını görən rusiyalı jurnalistlərdən biri bunun nə qədər davam edəcəyini soruşub. S. Sərkisyan isə bu məsələnin onun səlahiyyətinə daxil olmadığını bildirib. Nəhayət, S. Sərkisyan seçki komissiyasına pasportunu təqdim edib, talon alaraq səs verib.
 
L. Ter-Petrosyan da anoloji durumla üzləşib. Çətinliklə səs verən Ermənistanın birinci prezidenti seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib.
 
Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq.  Parlament seçkisi Ermənistan prezidenti Sery Sarkisyanın ikinci səlahiyyət müddətinin başa çatmasına 1 il qalmış keçirilir. Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir. Seçkilərdə hakim düşərgənin əsas rəqibləri qismində Ermənistan Milli Konqresi və “Ohanyan-Raffi-Oskanyan” bloku göstərilir. Parlamentdə təmsil olunmaq üçün 7 faizlik baryeri aşmaq lazımdır. 

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info