Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü oldu
Tarix: 03.04.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
Güləşçilərimiz çempionatı ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb.
İlk iki yarış günündə sərbəst güləşçilər yarışıb. Yığmamızın üzvləri 2 qızıl və 3 bürünc medala sahib olub. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıb.
Qadın güləşçilərimiz isə çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurub. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) isə bürünc medala sahib olub. Qadın güləşçilərimiz komanda hesabında 7-ci olub.
Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz çempionatı 3 qızıl və 1 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıb. Bürünc medala isə 80 kq-da mübarizə aparan Eltun Vəzirzadə sahib olub.
Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. 47 xal toplayan Gürcüstan komandası birinci, 45 xal toplayan Rusiya idmançıları isə ikinci yeri tutub.
Medal əyarına görə isə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb. 2 qızıl medal qazanan İsveç ikinci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb.
Məlumat üçün bildirək ki, nə Rusiya, nə də Gürcüstan yunan-Roma komandası çempionatda qızıl medal qazana bilməyib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info