Bu il 2800-dən çox əlilə bərpa xidmətləri göstərilib
Tarix: 03.04.2017 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 801 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 428 nəfərini Qarabağ müharibəsi əlilləri təşkil edib.
 
Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə 254 ədəd aşağı və yuxarı ətraf protezi, 386 ədəd aşağı və yuxarı ətraf ortezi, 126 ədəd bel və boyun nahiyəsi üçün korset, 2 311 ədəd müxtəlif reabilitasiya vasitəsi, 275 ədəd dirsəkaltı ağac, 78 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 574 cüt protez ayaqqabı və 1 067 cüt ortopedik ayaqqabı, 166 cüt qoltuqaltı ağac, 563 ədəd əsa, 49 ortopedik aparat və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun olaraq əlil arabaları, eşitmə aparatları ilə təminatı istiqamətində də müvafiq işlər görülüb. Eləcə də onlara məxsus 182 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilib və yenidən onların istifadəsinə verilib.
 
Ümumilikdə 2017-ci ilin yanvar-mart aylarında nazirlik tərəfindən əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.
 
Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması, protezlə hərəkət edilmənin öyrədilməsi, serebral iflicin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. məqsədilə 146 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info