Antalyada 40 min rus gəlin var
Tarix: 03.04.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Rusiya və Türkiyə əlaqələrinin möhkəmlənməsi hər iki ölkə vətəndaşlarının münasibətlərinin inkişafına təkan verir. Əlaqələrin inkişafı nəticəsində vətəndaşların ünsiyyət qurmaları daha da asanlaşıb. Antalyada yüzdə 95-i qadın olmaqla 60 min rus yaşayır. 40 mini türk kişiləri ilə evlənib və bu nikahdan 80 min uşaq dünyaya gəlib. Rusiyalılar iki ölkə arasındakı əlaqələrin düzəlməsindən sonra geri dönüblər. Hazırda onlar 9 apreldə Rus dilində Olimpiadaya və Dövlət Teatrlarında rus dilində oyun sərgiləməyə hazırlaşırlar.
Antalyada 150 min insan rus dilində danışır. Rus İncəsənət və Mədəniyyət Dərnəyinin təşkil etdiyi 9 aprel tarixində keçiriləcək Rus Olimpiadasının birinci turuna 5-15 yaş arasında 500 şagirdin iştirakı gözlənilir. Olimpiadanın ikinci turunda da 15-35 yaş arasında rusca danışan türklər yarışacaqlar. Dərnək başçısı Balcı, rus dilində danışa bilən hər kəsi bura dəvət edir.
Oleq Vasilyeviç Roqoza (Rusiyanın Antalyadakı Baş Konsulu): "Antalya, rusların ürəyində xüsusi və həssas bir yerdir. Antalyaya 2.5 milyard dollarlıq daşınmaz əmlak yatırımımız var. 2014-cü ildə Türkiyəyə 4 milyon 500 min rus turist gəlib. Sonra məlum səbəbdən azalma yaşandı. 2015-ci ildə 3 milyon 800 min, 2016-cı ildə isə tam bir fəlakət: 600 min oldu rəqəmlər. Biz bu mövzuda əlimizdən gələni edirik. Bu il mövsüm əvvəli canlanma olub. Erkən rezervasyonda rus turistlər almanları geridə buraxaraq ilk sıranı aldılar. Dəniz, günəş, qum ... Antalyada hər şey var. Turist şirkətləri 3-4 milyon rus turist gözləyir. Tətilini Antalyada keçirən rusların xoşbəxtlik nisbəti yüzdə 90-dan çoxdur”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info