“Excelsior Hotel & Spa Baku” mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdədir
Tarix: 04.04.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


"Media Consulting & Services" şirkəti 2017-ci ilin mart ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən “Excelsior Hotel & Spa Baku” oteli mart ayında mətbuatda haqqında işıqlandırılan məlumatların sayına görə birinci yerə çıxıb. Mart ayında “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı mətbuatda 153 məlumat yayılıb. "Media Consulting & Services" şirkəti 10 televiziya, 35 çap və 170 onlayn media daxil olmaqla 215-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb. “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, cari ilin mart ayı “Excelsior Hotel & Spa Baku” otelində keçirilmiş və medianın diqqətindən kənarda qalmamış rəngarəng maraqlı tədbirlərlə zəngin olub: “Biz gələcəkdə də müxtəlif tədbirlər həyata keçirmək niyyətindəyik. Belə ki, aprel ayında “Baku Fashion 2017” moda nümayişini keçirməyi planlaşdırırıq. Burada dizaynerlər öz yeni kolleksiyalarını təqdim edəcəklər”. “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info