UNEC reytinqdə birinci olub
Tarix: 04.04.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


2016-cı ildə dünya universitetlərinin nüfuzlu reytinqi olan QS tərəfindən inkişafetməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 4-cü ən yaxşı iqtisadyönümlü universitet seçildikdən sonra bu il UNEC dünya universitetlərinin reytinqində daha bir uğura imza atıb. Belə ki, dünya universitetlərinin veb populyarlığını müəyyən edən “uniRank” reytinqinin 2017-ci ilin son nəticələrinə görə UNEC birinci olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib. “uniRank” reytinqində UNEC-in tarixi, tələbə və müəllim sayı, təqdim olunan təhsil, kitabxana, idman, mübadilə imkanları, həmçinin qəbul olunma faizi və s. barədə məlumat da əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri veb-saytın zənginliyi və daha çox istifadəçiyə çatdırılmasıdır. Qeyd edək ki, UNEC dünya üzrə reytinqə cəlb olunan 12,358 universitet və kollec arasında 3318-ci olub. Siyahıya Massaçusets Texnologiya İnstitutu liderlik edir.
Qeyd edək ki, 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan “uniRank” dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 12,358 universitet və kolleci əhatə edir. uniRank reytinqinin hədəfi dünya universitetləri və kolleclərinin veb-səhifələrinin populyarlığını əks etdirməkdir. Bu, əcnəbi tələbələrə və akademik heyətə hər hansı ölkə daxilində universitet və kollecin nə dərəcədə populyar olması barədə məlumat əldə etməyə imkan verir. Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. “uniRank”in komponentləri olaraq Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains, Majestic Trust Flow götürülür və ümumilkdə universitetin saytının əhəmiyyəti, onun baxılma genişliyi, daxilolmaların və istinadların sayı, eləcə də fərdi kompüter və mobil vasitələrdən olan “unikal” daxilolmaları ölçür. SimilarWeb Global Rank 2017-ci ildən daxil edilib və məhz belə “unikal” daxilolmaların sayını əhatə edir.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info