Körpələrin ana südü ilə qidalandırılması arzu olunan səviyyədə deyil
Tarix: 04.04.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında klinika rəhbərliyi ilə UNİCEF-in Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi GleenLaverack arasında görüş keçirilib.Universitetin mətbuat xidmətindən verilən məlumata görə, görüşün məqsədi ingiltərəli mütəxəssisi ölkəmizdə körpələrin qidalanması ilə əlaqədar mövcud vəziyyətlə tanış etmək və bu sahədə UNİCEF-in təqdim etdiyi vasitələrdən yararlanmağın mümkünlüyünü müzakirə etməkdən ibarət idi.GleenLaverack UNİCEF-in müstəqil məsləhətçisi kimi ana südü ilə qidalanma sahəsində araşdırma apardığını və bir sıra qurumlarda görüşlər keçirdiyini qeyd edib. O, tədqiqatın dolğunluğu və faktlarla əsaslandırılması üçün Tibb Universitetinin təcrübəsi ilə tanış olmaq arzusunu bildirib.ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev əcnəbi qonağa klinika, xüsusilə ginekologiya şöbəsinin fəaliyyəti haqqında geniş məlumat verib. Görüşdə UNİCEF məsləhətçisini maraqlandıran suallara cavablar verilib. Müzakirə zamanı qeyd edilib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizdə körpələrin ana südü ilə qidalandırılması arzu olunan səviyyədə deyil. Bu sahədə maarifləndirmənigücləndirmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info