TAP Albaniyanın tikinti sektorunu 7 faiz canlandırıb
Tarix: 04.04.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Ötən il Albaniyada ÜDM istehsalı 2015-ci illə müqayisədə 3,46% artıb. Bu barədə ölkənin Statistika İnstitutunun yaydığı məlumatda deyilir.
Beləliklə, iqtisadi artım Albaniya hökumətinin və Beynəlxalq Valyuta Fondunun proqnozları ilə üst-üstə düşüb. Bu il ölkə iqtisadiyyatında 3,7%-lik artım proqnozlaşdırılır. Ötən ilin IV rübündə ÜDM 2015-ci ilin analoji dövrü ilə müqayisədə 3,97% artıb ki, buna da ticarət, turizm, nəqliyyat və tikinti kimi sektorlarda aktivlik səbəb olub. Yalnız daşınmaz əmlak sektorunda 0,18% geriləmə qeydə alınıb. Məlumatda qeyd edilib ki, hesabat dövründə tikinti sektorunda 6,81%-lik artım qeydə alınıb. Bunun əsas səbəbi Trans-Anadolu Qaz Boru Kəmərinin (TAP) tikintisi çərçivəsində işlərin sürətlə irəliləməsidir. TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info