Avropada yeni münaqişə: İspaniya və Britaniya arasında Cəbəllüttariq böhranı
Tarix: 04.04.2017 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Avropa Birliyi tərəfindən “Brexit” üzrə danışıqların strategiyasına dəyişikliklər edilib və bundan sonra Cəbəllüttariq üzrə qərarlar yalnız İspaniya hökumətinin razılığı ilə qəbul ediləcək

Avropa Birliyindən ayrılma qərarı verən Böyük Britaniya ilə İttifaq arasında ərazi böhranı yaranıb. Söhbət Avropa ilə Afrika qitəsini bir-birindən ayıran Cəbəllüttariq boğazı və oradakı adalara kimin nəzarət edəcəyindən gedir.
Cəbəllüttariq baş naziri Fabian Pikardo Avropa Birliy rəhbərliyinə Britaniyanın birlikdən çıxışı ilə bağlı addımını onların ölkəsinə şamil etməmək çağırışı edib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. İspaniyanın xarici işlər naziri Alfonso Dastis Avropa Birliyinin Cəbəllüttariqin statusu məsələsinin Böyük Britaniyanın Aİ-dən çıxmasının şərtləri barədə müzakirəyə daxil etmək niyyətini dəstəkləyib. Bundan sonra Böyük Britaniya və İspaniya arasında mübahisəli ərazi sayılan Cəbəllüttariq məsələsi yenidən gündəmə gəlib. İspaniya tərəfinin lobbiçilik fəaliyyətindən sonra Avropa İttifaqı tərəfindən “Brexit” üzrə danışıqların strategiyasına dəyişikliklər edilib və bundan sonra Cəbəllüttariq üzrə qərarlar yalnız İspaniya hökumətinin razılığı ilə qəbul ediləcək. Xatırladaq ki, ingilislərin nəzarətində olan Cəbəllüttariqin əhalisi çoxmillətlidir. Bu ərazilərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı, portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. Bütün bunlara baxmayaraq, Avropanın əksər bölgələrinə nisbətən burada yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Ölkənin əsas gəlir mənbəyi isə ticarət, bank, rabitə və dənizçilikdir. Baş nazir Pikardo “Brexit”lə bağlı danışıqlarda ölkəsinin bazarlıq kimi istifadə ediləcəyinə imkan verməyəcəklərini bildirib. Baş nazir Avropa Şurası rəhbəri Donald Tuskun da “Brexit” məsələsi ilə bağlı danışıqlarda onun ölkəsinə dəstək verəcəyinə əmindir: “Biz “Brexit” müqaviləsinin qurbanı olmaq niyyətində deyilik. Biz, yenə də Avropa Birliyinin tərkibində qalmaq istəyirik”.

Madrid tələb edir ki, Britaniya AB-dən çıxdığı üçün Cəbəllüttariqdə Britaniya və İspaniyanın birgə suverenliyi yaradılmalıdır

Böyük Britaniyanın Cəbəllüttariqlə bağlı mövqeyi İspaniya tərəfindən də narazılıqla qarşılanıb. İspaniyanın baş naziri Alfonso Dastis bəyan edib ki, bəzi ingilis siyasətçilər Cəbəllüttariq məsələsində təmkinlərini itiriblər. O, fikrini əsaslandırmaq üçün ingilis siyasətçi Maykl Hovardın Cəbəllüttariqin də Folklendin aqibəti ilə üzləşə biləcəyini deməsini göstərib. Hovard qeyd edib ki, baş nazir Marqaret Tetçer ingilislərin xüsusi əməliyyat qrupunu dünyanın yarıdan çoxunu üzərək Folklend adasında yaşayan kiçik bir ingilisdilli qrupu ispan dilli ölkələrdən qorumaq üçün göndərmişdi. Hovard qeyd edib ki, indiki baş nazir Tereza Mey də Tetçer kimi addım ataraq Cəbəllüttariqə hərbi qüvvə göndərməlidir. Bu günlərdə Cəbəllüttariqin baş naziri Fabian Pikardo ilə Britaniya baş naziri Tereza Mey arasında telefon danışığı olub. Həmin telefon söhbətində Tereza Mey ölkəsinin bu ərazidə yaşayan ingilisdilli qrupun maraqlarını dəstəkləyəcəyini bildirib. İngilis baş nazir Cəbəllüttariqin başqa bir ölkənin suverenliyi altına keçməyə imkan verməyəcəyini də bəyan edib. Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki, London “Brexit” üzrə danışıqlarda Cəbəllüttariqlə bağlı qəti mövqedədir. Qeyd edək ki, Cəbəllüttariq Britaniya və İspaniya arasında mübahisəli ərazidir. İspaniya hesab edir ki, London və Brüssel arasında danışıqlarda Cəbəllüttariqlə bağlı bütün məsələlər Madridlə razılaşdırılmalı və İspaniyanın maraqları nəzərə alınmalıdır.

Britaniya hökuməti Cəbəllüttariq boğazına nəzarətlə bağlı heç bir güzəştə getməyəcəyini açıqlayıb

Madrid təklif edir ki, Britaniya Avropa Birliyindən çıxdığı üçün Cəbəllüttariqdə Britaniya və İspaniyanın birgə suverenliyi yaradılmalıdır. Müəyyən zamandan sonra isə İspaniyanın tam suverenliyi bərpa olmalıdır. 300 ildir ki, İngiltərənin tabeliyində olan bölgəyə İspaniya da iddia edir. İndiyədək hər iki ölkə Avropa Birliyinin üzvü olduğundan, problem qabarıq şəkildə büruzə vermirdi. Ancaq Britaniyanın AB-dən ayrılma qərarı verməsindən sonra məsələ yenidən gündəmə gəlib. Bundan öncə 1967 və 2002-ci illərdə Cəbəllüttariqdə iki dəfə referendum keçirilib, bölgə xalqı İspaniyanın tərkibinə girməyi rədd edərək Britaniyaya sadiq olduğunu nümayiş etdirib. Lakin buna baxmayaraq, ispanlar hələ də o ərazinin özlərinə aid olduğunu və sonadək mübarizə aparılacağını bildirirlər. Britaniya hökuməti isə Cəbəllüttariq boğazına nəzarətlə bağlı heç bir güzəştə gedilməyəcəyini açıqlayıb. Bu barədə Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqına açıq məktub ünvanlayıb. Cəbəllüttariq əhalisi Böyük Britaniya vətəndaşları olsalar da, burada əsas nazirin rəhbərliyi altında müstəqil idarəetmə sistemi mövcuddur. Bu ərazi Britaniya hökumətinin səlahiyyətinə aid xarici siyasət və müdafiə məsələləri istisna olmaqla, bütün işlərini müstəqil şəkildə həll edir. Kiçik olmasına baxmayaraq, strateji əhəmiyyətə malik Cəbəllüttariq Afrikanın şimal sahillərindən təxminən 20 kilometr məsafədə yerləşir. Burada Britaniyanın limana çıxışı olan hərbi bazası və aerodromu var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info