İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Tarix: 04.04.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Xarici işlər nazirinin müavini Xələf Xələfov İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Alon Uşpizin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, X.Xələfov iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, siyasi dialoqun əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib. Nazir müavini Azərbaycan hökuməti tərəfindən iqtisadi sahədə aparılmış islahatlar çərçivəsində görülən işlərdə İsraili təmsil edən şirkətlərin iştirakının məmnunluq doğurduğunu bildirib. Həmçinin kənd təsərrüfatı, bərpa olunan enerji, turizm sektorları üzrə əməkdaşlığın geniş imkanlar vəd etdiyini qeyd edib. A.Uşpiz İsrail və Azərbaycan arasında tərəfdaşlığın strateji xarakterdən də üst səviyyədə olduğunu vurğulayıb və bunun xalqlar arasında tarixən formalaşmış dost münasibətlər, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq, xüsusilə də iki dövlətin siyasi liderləri arasında şəxsi əlaqələrin təzahürü olduğunu əlavə edib.Qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artan tempinin məmnunluq doğurduğunu bildirib, ikitərəfli Birgə Komissiyanın bu istiqamətdə müzakirə və fikir mübadiləsinin aparılmasında mühüm platforma kimi çıxış edəcəyinə əminliyini ifadə edib. A.Uşpiz İsrailin Azərbaycan ilə bütün sahələri üzrə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu əlavə edib.X.Xələfov Cənubi Qafqaz regionunda inteqrasiya və inkişafa başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib.A.Uşpiz Ermənistan-Azərbaycan münaqişəsinə dair İsrailin mövqeyinin dəyişməz olduğunu və İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info