“QHT-ləri narahat edən məsələlər həmişə hökumətin diqqətindədir”
Tarix: 17.04.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Dövlət birmənalı olaraq vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri dəstəkləyir

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə mərasim keçirildi. Tədbirdə şuranın 5 illik fəaliyyətini əks etdirən kitabın və filmin təqdimatı oldu. Şura sədri Azay Quliyev bildirdi ki, təmsil etdiyi qurum Azərbaycan Prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb, 2008-ci il aprelin 16-dan şura üzvlərinin təyin olunması ilə fəaliyyətə başlayıb. A.Quliyev qeyd etdi ki, ötən 5 il ərzində şura Azərbaycan cəmiyyəti, hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışıb. Onun sözlərinə görə, şura indiyə qədər 1500-dən artıq layihəni dəstəkləyib, keçirilən proqramlar çərçivəsində 2000-ə yaxın təlim keçirilib, 21 film, 67 elektron resurs yaradılıb, 152 kitab nəşr edilib. Azay Quliyev ötən 5 ili şuranın fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi baxımından uğurlu saydığını bildirdi.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətin vətəndaş cəmiyyəti institutlarına qayğısı və diqqəti haqqında danışdı. PA rəsmisinin sözlərinə görə, şura QHT-lərlə vətəndaş cəmiyyəti institutları arasında mühüm bir əməkdaşlıq körpüsünə çevrilib. Ə.Həsənov QHT-hökumət tərəfdaşlığı və dialoqunun daim davam etdirilməsini vacib hesab etdi. O, QHT-ləri narahat edən məsələlərin həmişə hökumətin diqqət mərkəzində olduğunu qeyd etdi. Əli Həsənov qeyd etdi ki, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz. PA rəsmisi bildirdi ki, Azərbaycan dövləti birmənalı olaraq vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri dəstəkləyir. Ə.Həsənov qeyd etdi ki, QHT-lər öz potensiallarından Azərbaycanın maraqlarının xaricdə qorunması və təmin olunması istiqamətində istifadə edirlər: “Şura bu yaxınlarda xaricdəki qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edəcək və bu, çox mühüm hadisədir. Bəs vətəndaş təşəbbüslərinin nəzərə alınması necə olur? Bizi vətəndaş hüquqlarının pozulmasında ittiham edənlərin də nəzərinə bunu çatdırmalıyıq. Bizi tənqid edən müəyyən QHT-lər, islamofobiyaya tutulmuş QHT-lər var. Onlar bəlli dövlətlərin, güclərin maraqlarını yerinə yetirərək müəyyən dövlətlərə qarşı təbliğat aparırlar”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu illər ərzində Azərbaycan QHT-ləri ilə Avropa İttifaqının müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirildiyini və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində QHT əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Milli QHT Forumunun Prezidenti Rauf Zeyni 5 il ərzində şura-QHT əməkdaşlığının yüksək səviyyədə təşkil olunduğunu və şuranın QHT-lərdən gələn dəyərli təşəbbüsləri dəstəklədiyini söylədi.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info