“l’Arche”: “Azərbaycanda Fransadan əvvəl qadınlara səsvermə hüququ verilib”
Tarix: 04.04.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Fransanın “l’Arche” iudaist jurnalında Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allalinin “Azərbaycan yəhudisi kimi xoşbəxt” məqaləsi dərc olunub.
Məqalədə 2017-ci ildə yəhudilərin tam əmin-amanlıq şəraitində yaşadıqları yeganə ölkənin Azərbaycan olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, İsrailin dostu olan Azərbaycanda on minlərlə yəhudi yaşayır.
Azərbaycanın coğrafiyası və tarixi haqqında ətraflı məlumat verən müəllif ölkəmizdə bir çox milli azlıqların – ləzgilərin, gürcülərin saxurların, kürdlərin, tatların, udinlərin, avarların, inqloyların, ceklərin, ermənilərin və yəhudilərin yaşadığını qeyd edib. O, Bakı, Quba və Oğuzun yəhudi icmasından, eləcə də sinaqoqlardan söz açıb. Bildirib ki, Azərbaycanda yəhudi qadınlar assosiasiyası, gənclər təşkilatı fəaliyyət göstərir.
Məqalədə müsəlman ölkəsi olan Azərbaycanda Fransadan əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edilib.
Jan-Pyer Allali, həmçinin Azərbaycan ilə İsrail arasındakı sıx münasibətlərə toxunaraq müxtəlif sahələrdə əməkdaşlıq sazişlərinin imzalandığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Hökumət dəyişikliyinə getməlidir”
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info