“Aprel döyüşləri Azərbaycanın status-kvonu dəyişmək qüdrətini nümayiş etdirdi”
Tarix: 04.04.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Həmsədr ölkələrin prezidentləri dəfələrlə status-kvonun qorunub saxlanılmasının qəbuledilməz olduğunu desələr də, əməldə bunu nümayiş etdirmirlər.
Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.
S.Alıyev aprel döyüşlərini ATƏT-in Minsk qrupunun həmsədrliyini həyata keçirən ölkələrə mesaj kimi dəyərləndirib. Millət vəkili bildirib ki, həmin vaxt cəbhədə baş verənlər Azərbaycan ordusunun texniki baxımdan düşmən ordusundan dəfələrlə yüksək hazırlığa malik olduğunu göstərdi. Onun sözlərinə görə, aprel döyüşləri ilə Azərbaycan təkcə işğalçı ölkəyə deyil, eyni zamanda onun havadarlarına da sübut etdi ki, istənilən status-kvonu dəyişmək qüdrətindədir. Sadəcə olaraq, Azərbaycan müharibə istəmir.
S.Alıyev bildirib ki, aprel hadisələri Azərbaycanın geosiyasi gücünü ortaya qoydu: “Ermənistan gözləyirdi ki, havadarları onlara dəstək verəcək və hətta qoşun yeridəcək, amma bu baş vermədi. Ermənistan əmin idi ki, beynəlxalq qurumlar Azərbaycanı tənqid edən bəyanatlar yayacaqlar, bu da olmadı”.
Döyüşlərin ən qızğın çağında Tərtərdə cəbhə bölgəsində olduğunu xatırladan S.Alıyev qeyd edib ki, həmin vaxt Azərbaycanda əlavə hərbi qüvvəyə ehtiyac olmamasına baxmayaraq, çoxlu sayda vətəndaş könüllü olaraq vuruşmaq istəyirdi: “Ermənistanda polis cəbhədən qaçanların qarşısını kəsirdi. Azərbaycanda isə əksinə cəbhəyə axışanların qarşısı alınırdı. Həmin döyüşlər zamanı cəbhə bölgəsində yaşayan insanlar öz evlərini tərk etmədilər. Ancaq Ermənistanda cəbhədən hətta 10 kilometrlərlə uzaqda olanlar da evlərini qoyub qaçdılar, yaşayış məskənləri bomboş qaldı. Döyüşlər vaxtı bu reallıq ortaya çıxdı. Bu, Azərbaycan xalqının öz dövlətinə, ordusuna olan sevgisini, inamını göstərir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info